Belqradda etirazçılar yolları bağladı - VİDEO
Serbiyanın paytaxtı Belqradda tələbə və müxalifət tərəfdarlarının keçirdiyi etiraz aksiyası zamanı bağlanan magistral yollar polis müdaxiləsi ilə açılıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları aksiyanın gedişində polis əməkdaşlarına hücum, təhqir və ictimai asayişin pozulması halları səbəbilə bir neçə nəfəri saxlayıb.
Hadisə yerindəki görüntülərdə aksiya iştirakçıları ilə polislər arasında kəskin qarşıdurma gedir.
Məlumata görə, etirazçılar parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi tələbini irəli sürürlər.
Qeyd edək ki, son aylarda Serbiyada siyasi gərginlik artıb və xüsusilə gənclər arasında hakimiyyətə qarşı narazılıq getdikcə güclənir.