media-yangin-2268879

Türkiyənin Antalya şəhərində meşə yanğınları geniş miqyas alıb. Qazipaşa rayonunda başlayan yanğından sonra indi də Aksu rayonunun Yurpınar və Fettahlı məhəllələrində alovlar müşahidə olunub.

Patrulaz.az “İHA”ya istinadən xəbər verir ki, Aksudakı meşə yanğınına ilkin mərhələdə 3 helikopter, 2 təyyarə, 11 arazöz, 5 su təminat maşını, 3 ilkin müdaxilə vasitəsi və çoxsaylı yanğın işçisi cəlb olunub. Əraziyə həm havadan, həm də qurudan intensiv müdaxilə davam edir.

Qeyd edək ki, yay aylarında Antalyada meşə yanğınları tez-tez baş verir. Küləkli hava şəraiti və yüksək temperatur bu yanğınların daha sürətlə yayılmasına səbəb olur. Hazırda Aksu və Qazipaşa rayonlarında fövqəladə tədbirlər görülür, bütün qüvvələr səfərbər edilib.


Bənzər xəbərlər