media-inshot_20250611_113443339

ABŞ-də Federal Təhqiqatlar Bürosu (FBI) Çinli bir alim olan Çengxuan Hanı “bioloji materialların qaçaqmalçılığı” ittihamı ilə saxlayıb.

Patrulaz.az “Oksijen” xəbər portalının istinadən xəbər verir ki, FBI direktoru Kaş Patel sosial media platforması X-də verdiyi açıqlamada, Çin vətəndaşı olan Hanın ABŞ-a bioloji materiallar gətirmək və federal agentlərə yalan bəyanatlar verməkdə ittiham olunduğunu bildirib.

Patelin sözlərinə görə, Detroit Metropoliten Hava Limanına çatan Han, daha əvvəl ABŞ-a göndərdiyi paketlərlə bağlı federal səlahiyyətlilərə yalan məlumat verib. Patel qeyd edib ki, Han son günlərdə oxşar ittihamlarla saxlanılan Çin Xalq Respublikası ilə əlaqəli üçüncü şəxsdir. O əlavə edib:
“İddialara görə, Han Çindən ABŞ-a yuvarlaq qurdlarla (nematodlarla) bağlı bioloji materiallar olan dörd paket göndərib”.

ABŞ prokuroru Cerom Qorqon Jr. hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu cür qaçaqmalçılıq hərəkətləri “ölkə təhlükəsizliyinə təhdid yaradır”.

Ləman Sərraf 


Bənzər xəbərlər