media-gvczaifxaaanx0r

Rusiyalı basketbolçu Daniil Kasatkin Fransada ABŞ-nin tələbi ilə saxlanılıb.

Patrulaz.az “RT”yə istinadən xəbər verir ki, Rusiya millisinin sabiq oyunçusu iyunun 21-də nişanlısı ilə birlikdə Fransaya səfəri zamanı Parisin Şarl de Qoll hava limanında hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Saxlanılmaya səbəb kimi onun ABŞ-da 2020–2022-ci illər arasında haker qrupu ilə əlaqəli fəaliyyətlərdə iştirak etdiyi və 900-ə yaxın şirkət, eləcə də iki federal qurumla fidyə danışıqları apardığı iddiaları göstərilir.

Fransa məhkəməsi Kasatkinin ekstradisiyası ilə bağlı qərar verilənə qədər həbsdə saxlanmasına qərar verib.

Kasatkinin vəkili Frederik Belo jurnalistlərə açıqlamasında müvəkkilinin texnologiya və kibercinayətlərlə bağlı biliklərinin olmadığını bildirib:

“O texnologiyadan tamamilə xəbərsizdir. Onun zəif kompüter bacarıqları var və ehtimal ki, ya istifadə olunmuş, ya da başqasının adından manipulyasiya edilərək ona satılmış texniki vasitənin qurbanıdır”, – deyə vəkili vurğulayıb.

Vəkil, həmçinin Kasatkinin girov müqabilində azadlığa buraxılması üçün vəsatət qaldırdığını, lakin məhkəmənin bu tələbi rədd etdiyini də bildirib. Basketbolçunun özü isə həbsxanada səhhətinin pisləşdiyini, çəkisinin 209 kiloqramdan 196 kiloqrama qədər azaldığını deyib.

Kasatkinin həbsi baş verdikdən bir neçə gün sonra onun uzun illər formasını geyindiyi Moskvadakı MBA basketbol klubu oyunçunun komandadan ayrıldığını elan edib. O, klubun heyətində 172 oyuna çıxıb və Rusiya çempionatında iki bürünc medal qazanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər