media-inshot_20250710_114746577

“Məlumdur ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvoya çoxsaylı beynəlxalq mexanizmlərin qətnamələri və bəyanatlarına baxmayaraq yalnız Azərbaycan özünün güc və imkanları hesabına son qoymuş, regionda tarixin heç bir dövründə olmadığı qədər sülh və sabitlik, eləcə də əməkdaşlıq perspektivləri formalaşmışdır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanın Vətən müharibəsində öz ərazilərini işğaldan azad etməsinin ardınca Qarabağda hələ də mövcudiyyətini qorumuş separatizmə antiterror tədbirləri ilə son qoyulması, sonrakı dövrlərdə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun müəyyən uğurlarla nəticələnməsi, sərhədlərin delimitasiya və demarkasiya prosesində irəliləyişlərin müşahidə olunması, habelə iki ölkə arasında sülh müqaviləsinin mətninin razılaşdırılması regionda əməkdaşlıq mühitinə əsaslanan və sülhü, sabitliyi təhdid etməyən tam yeni geosiyasi fürsətlər meydana çıxarıb:

“Bu mənada, Azərbaycan və Ermənistan rəhbərlərinin mütəmadi dialoqu hələ də revanşist əhval-ruhiyyədə yaşayan Ermənistanın prosesləri daha aydın formada görməsi və qiymətləndirməsi baxımından mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, bu gün regionun sülh konfiqurasiyası məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Azərbaycan qalib tərəf olmasına baxmayaraq kapitulyasiya aktı imzalandıqdan dərhal sonra Ermənistanla münasibətlərin normallaşmasına səylər göstərib. Lakin erməni cəmiyyətinin müxalifətinin və iqtidarının revanşist niyyətlərdən əl çəkə bilməməsi, Ermənistanın təcavüzkarlığa əsaslanan dövlət ideologiyasını dəyişməməsi, habelə Ermənistan konstitusiyası başda olmaqla bu ölkənin milli qanunvericiliyində Azərbaycana qarşı açıq ərazi iddialarının olması artıq mətni razılaşdırılmış sülh müqaviləsinin imzalanması qarşısında ciddi maneə kimi çıxış edir”.

media-img-20250710-wa0001

Deputat vurğulayıb ki, Ermənistan konstitusiyasına zidd olan və elə həmin konstitusiya ilə hüquqi qüvvəyə minməsi mümkün olmayan sülh müqaviləsini imzalanması istiqamətində Ermənistanın göstərdiyi “səylik və tələskənlik də” əslində bu günə qədər İrəvanın sülh prosesində səmimi olmadığını, yalnız müvəqqəti olaraq güc toplamaq məqsədi ilə sülh pərdəsi altında gizlənmək niyyətini ortaya çıxarır:

“Əlbəttə, Azərbaycan bu prosesləri doğru və praqmatik qiymətləndirməyi bacarır və bu günə qədər sülh müqaviləsini cari şərtlərlə imzalanmaması da məhz bu reallıqlarla bağlıdır. Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən görüşü bu mənada qeyd olunan proseslərə açıq formada siyasi-hüquqi baxışı ortaya qoymaq və regionun perspektivlərinə regionda sülh, sabitlik və inkişaf perspektivlərinə korrekt baxış bucağı müəyyənləşdirməyə imkan verəcək. Aydındır ki, regionda geosiyasi prosesləri diqtə edən Azərbaycan üçün sülh və sabitlik istiqamətində hərəkətin yol xətirəsi kifayət qədər aydındır, lakin görünən odur ki, Ermənistana reallıqları doğru qiymətləndirmək, sülhün və sabitliyin daha çox məhz İrəvana lazım olduğunu dərk etməyə müəyyən zaman lazımdır və bu çərçivədə liderlərin birbaşa təmasları əslində həlledici nəticələrə gətirib çıxara bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər