Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir
ABŞ-da aparılan yeni peyk radar araşdırması ölkənin ən sıx məskunlaşdığı 28 şəhərində yer səthinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü ortaya çıxarıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 34 milyon insanın yaşadığı bu şəhərlərdə çöküşün başda urbanizasiya, quraqlıq və dəniz səviyyəsinin qalxması olmaqla müxtəlif amillərin səbəb olduğu bildirilir.
Ekspertlərin fikrincə, bu, infrastrukturun təhlükəsizliyi və daşqın riski baxımından ciddi problemlərə səbəb ola bilər.
Virciniya Texnologiya Universitetinin geofiziki Leonard Ohenin rəhbərlik etdiyi qrupun araşdırmasına görə, səthinin 98 faizindən çoxu çökmüş şəhərlər arasında Çikaqo, Dallas, Kolumbus, Detroit, Fort Uort, Denver, Nyu-York, İndianapolis, Hyuston və Şarlotta var.
Xüsusilə Hyuston ən çox təsirlənən şəhərdir, torpaq ildə 5 millimetrdən çox çökür. Bildirilib ki, şəhərin 40 faizindən çoxu bu göstəricini keçib, 12 faizində isə ildə 10 millimetrdən çox çökmə müşahidə olunub.
Bu vəziyyətin əsas səbəbləri arasında qrunt sularından həddindən artıq istifadə və neft və qaz hasilatı daxildir.