Arda Gülərin performansı futbol azarkeşlərini ikiyə böldü
İspaniyanın La Liqa çempionatının 35-ci turu çərçivəsində “Barselona” öz meydanında “Real Madrid”i qəbul edib.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, Hansi Flikin yetirmələri həyəcanlı qarşılaşmada 4:3 hesablı qələbə qazanaraq sona üç tur qalmış xal fərqini yeddiyə yüksəldib və çempionluq yolunu geniş şəkildə açıb.
Nəhəng qarşılaşmada “Real Madrid”, Kilian Mbappenin 5-ci və 14-cü dəqiqələrdə vurduğu qollarla 2:0 öndə olub. Lakin tez toparlanan “Barselona”, 19-cu dəqiqədə Erik Qarsiya, 32-də Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə isə Rafinhanın qolları ilə ilk yarını 4:2 hesabı ilə öndə tamamlayıb.
“Real Madrid”də Mbappe 70-ci dəqiqədə yenidən fərqlənərək hesabı 4:3 edib və het-trikini rəsmiləşdirib. Lakin bu qol “Los Blankos” üçün kifayət etməyib və “Barselona” oyundan 4:3 hesablı qələbə ilə ayrılıb.
Türkiyəli futbolçu Arda Güler “El Klasiko”ya start heyətində başlayıb. Sağ cinahda oynayan və ilk hissədə topa çox toxuna bilməyən “Fənərbaxça”nın sabiq ulduzu, fasilədə yerini Diasa verib.
Arda Gülərin dünənki çıxışı “Real Madrid” azarkeşlərini iki yerə bölüb. Bəzi azarkeşlər milli futbolçunun performansını tənqid edərkən, digərləri Ardanın sağ cinahda deyil, mərkəz yarımmüdafiədə oynamalı olduğunu müdafiə edərək baş məşqçi Karlo Ançelottiyə sərt şəkildə etiraz ediblər.
Sosial media platforması X-də (əvvəllər Twitter) @Futbole51957521 istifadəçi adı ilə çıxış edən bir Madrid azarkeşi belə yazıb: “Güler nə etdi? Ançelottini onu oynatmadığına görə tənqid edirdilər… Budur, Gülərin 45 dəqiqəsi… və hələ də gənc oyunçuları oynatmalı olduğumuzu deyirlər!!! Xahiş edirəm! Ciddiyyət. Bura Madriddir.”
Ləman Sərraf