Bakıda “Randevu” şirniyyat mağazasından alınan tort daş kimi çıxdı - VİDEO
Bakıda satılan tort daş kimi çıxdı.
Bakının Xəzər rayonunda fəaliyyət göstərən “Randevu” şirniyyat mağazasından alınan tortun daş kimi bərk olması alıcıların ciddi narazılığına səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, Zaqulba qəsəbəsində yerləşən mağazadan alınan “Kiyevski” adlı tortun bərkliyi o qədər çox olub ki, çəngəl belə ona batmayıb. Hadisə alıcının çəkdiyi görüntülərlə də təsdiqlənib.
Narazı müştəri bildirib ki, bu ilk dəfə deyil:
“Daha əvvəl də bu mağazadan tort almışdıq, yenə eyni vəziyyətlə qarşılaşdıq. Mağaza kassirinə iradımızı bildirdik, o isə bizə “Mən olsam, heç bizdən şirniyyat almazdım”,- cavabını verdi.
Qeyd edək ki, müştərilər “Randevu” şirniyyat evində satılan məhsulların keyfiyyətsizliyindən narazıdır və məsul qurumların bu cür hallara nəzarət etməsini tələb edirlər.
Gülbəniz Səfərova