media-inshot_20250709_121956835

İsrail Qəzzaya genişmiqyaslı hücumlarını davam etdirir.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, İsrail Silahlı Qüvvələri son 24 saat ərzində Fələstinin Qəzza şəhərinə 100-dən çox hava zərbəsi endirib.

Zərbələr nəticəsində hətta 5 İsrail əsgəri də ölüb. İsrail ordusu açıqlamasında əsgərlərin binaların dağılması nəticəsində həlak olduğunu bildirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 57 min 575 fələstinli həlak olub, 136 min 879 nəfər isə yaralanıb.

Qəzzada ölənlərin sayının artmasına baxmayaraq, İsrailin Baş nazir Benyamin Netanyahu isə ordusunun Qəzza zolağının hamısını işğal edəcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda İsrail və Qəzza arasında atəşkəs danışıqları gedir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər