media-6774aaca-cc07-4dfc-b88e-f629dc10c9bd

BMT Ukraynada rus əsirlərinə qarşı işgəncə xəbərlərindən narahatlığını dilə gətirib.

Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsi Ukraynada rus hərbi əsirlərinə qarşı işgəncə verilməsi ilə bağlı yayılan xəbərləri ciddi narahatlıqla qarşılayıb və Ukrayna hakimiyyətini beynəlxalq hüquqla ziddiyyət təşkil edən bu davranışlara qarşı tədbir görməyə çağırıb.

Komitənin yaydığı press-relizdə Ukrayna qüvvələrinin rus hərbi əsirlərinə qarşı işgəncə, pis rəftar və digər pozuntuları törətməsi ilə bağlı məlumatların alındığı bildirilib. Sənəddə komitə, işgəncənin qadağan edilməsinin mütləq və geri çəkilə bilməyəcəyini vurğulayaraq, heç bir halda istisna halın bu qadağanı pozmağa icazə vermədiyini qeyd edib.

BMT Ukrayna hakimiyyətini azadlıqdan məhrumetmənin əvvəlindən bütün məhbuslar üçün əsas hüquqi təminatları təmin etməyə, o cümlədən tibbi müayinə tələb etmək və almaq hüququnu təmin etməyə çağırıb.

Qeyd edək ki, BMT-nin İşgəncələrə Qarşı Komitəsi aprel 7-dən may 2-dək 82-ci sessiyasını keçirib və Ukraynada baş verən bu hadisə ilə bağlı narahatlıq ifadə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər