media-47bad672-1bb2-4e81-9d15-55da28bb0d6f

Şimali Koreyada 1000 illik Budda heykəli tapılıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, Şimali Koreyanın Cənubi Fyonqan əyalətində aparılan arxeoloji qazıntılar zamanı Goryeo sülaləsinin əvvəllərinə aid 1000 illik Budda heykəli üzə çıxarılıb.

Sosial Elmlər Akademiyasının Koreya Arxeologiya İnstitutu və Mədəni İrsin Mühafizəsi üzrə Milli Qurumun birgə həyata keçirdiyi araşdırmalara əsasən, 1,7 metr hündürlüyündə olan bu heykəl Mahayana Buddizminin mühüm siması Amitabha Buddanı təsvir edir. Goryeo dövründə eramızın 918-1392-ci illəri arasında Buddist incəsənət və memarlıq aristokratiyanın dəstəyi ilə sürətlə inkişaf etmişdi.

“Koreya tarixində Buddizmin Qızıl Dövrünü əks etdirən bu cür tapıntılar dini dünyagörüşün, incəsənətin və siyasi həyatın necə iç-içə olduğunu göstərir,” – deyə institutun nümayəndəsi bildirib.

Qeyd edək ki, Budda Amitabhanın təsvir olunduğu bu heykəl həm dini inancların, həm də o dövr insanlarının rifah və sabitlik axtarışlarının simvolu sayılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər