Buğa qaçışı zamanı 8 nəfər xəsarət aldı
İspaniyanın Pamplona şəhərində keçirilən San Fermin Festivalı zamanı buğa qaçışı tədbirində buğalardan biri iştirakçılara hücum edib.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, festivalın ikinci günündə baş verən hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Qeyd edək ki, Pamplonada hər il keçirilən buğa qaçışı zamanı heyvanlar əvvəlcə küçələrə buraxılır və 4 min nəfər iştirakçı 3 dəqiqə davam edən tədbir çərçivəsində 850 metr məsafəni buğalarla birlikdə qaçaraq arenaya çatmağa çalışır.
San Fermin Festivalı çərçivəsində səhər saatlarında buğa qaçışı, günorta saatlarında isə buğa döyüşləri təşkil olunur.
Ləman Sərraf