media-88add6ad-0218-4c09-88e2-196d7a75a111

Çin 2025-ci ildə kosmosda yeni missiyalara başlayır.

Patrulaz.az “Xinhua”ya istinadən xəbər verir ki, Çin 2025-ci ildə asteroid araşdırması və ekipajlı uçuşlar da daxil olmaqla, intensiv kosmik missiyalar həyata keçirəcək.

Bu barədə Çin Milli Kosmik İdarəsinin (CNSA) rəsmisi Liu Yunfeng aprelin 17-də keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, Tianwen-2 asteroidə uçuş edəcək və nümunə götürəcək, Shenzhou-20 və Shenzhou-21 ekipajlı kosmik gəmiləri isə bu il orbitə buraxılacaq.

“Çin dərin kosmosun tədqiqində vacib addımlar atacaq”, – deyə kosmik idarəsinin rəsmisi bildirib.

Qeyd edək ki, Çin Avropa və İtaliya ilə birgə kosmik layihələrə də start verəcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər