media-img-20250702-wa0021

Çinli cərrah Prof. Dr. Ronq Liunun rəhbərlik etdiyi tibbi komanda, Pekində yerləşən iki xəstəni, 5 min kilometr uzaqlıqdakı Lhasa şəhərindən peyk və robot texnologiyası vasitəsilə uğurla əməliyyat edib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, ənənəvi 5G dəstəyi ilə çalışan cərrahi sistemlərdə məsafə məhdudiyyəti olduğu halda, bu əməliyyatda “Apstar-6D” adlı peyk sistemindən istifadə olunub və siqnal gecikmələrinin minimuma endirildiyi bildirilib.

Prof. Dr. Ronq Liu və komandasının əməliyyat etdiyi iki xəstədən biri qaraciyər xərçəngi, digəri isə hemangioma (damar şişi) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Təxminən 124 dəqiqə davam edən uzaqdan idarə olunan əməliyyatlar yeni nəsil bağlantı sistemləri sayəsində kəsintisiz məlumat axını və yüksək dəqiqliklə həyata keçirilib.

Rəsmi açıqlamada qeyd olunub ki, əməliyyatlardan sonra heç bir ciddi fəsad müşahidə olunmayıb və hər iki xəstə cəmi 24 saat ərzində evə buraxılıb.

Bu uğurlu əməliyyat, tibb texnologiyasında yeni bir dövrün başlandığını və uzaq məsafələrdən belə yüksək səviyyəli cərrahiyə müdaxilələrinin mümkün olduğunu sübut etmiş oldu.

Ləman Sərraf


Bənzər xəbərlər