Vağzalda 4 yaşlı uşaq baqaj yoxlama cihazına ilişdi - VİDEO
Sankt-Peterburqun Moskva vağzalında təhlükəli insident baş verib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, dörd yaşlı uşaq introskop lentindəki əşyalara uzanarkən əlini cihazın boşluğuna salıb və sıxılma nəticəsində xəsarət alıb.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Görüntülərdən aydın olur ki, azyaşlının anası və vağzal işçiləri dərhal müdaxilə edərək uşağı bir dəqiqə ərzində oradan çıxarmağa nail olublar.
Uşaq xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, onun qolu zədələnib.
Gülbəniz Səfərova