media-russian-tank-factory

Rusiya bütün növ silahların istehsal həcmini artırıb. 

Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin sənaye və ticarət naziri Anton Əlixanov Federasiya Şurasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu artım Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat çərçivəsində ehtiyaclarını tam şəkildə təmin etmək və silah ixracı potensialını artırmaq məqsədi daşıyır:

“Biz bütün silah növləri üzrə istehsal həcmlərini eksponent olaraq artırdıq. Dövlət silahlanma proqramı çərçivəsində prezidentlə keçirilən görüşlərdə sənayemiz planlaşdırılan bütün tapşırıqları yerinə yetirməyə tam hazır olduğunu təsdiqləyib”.

Əlixanov həmçinin qeyd edib ki, müdafiə sənayesi sektorunun imkanları genişləndirilir və bu sahəyə diqqət davamlı şəkildə artırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər