Ukraynada mülki şəxslərə dronla hücum edildi - VİDEO
Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərində Rusiya Silahlı Qüvvələri FPV tipli pilotsuz uçuş aparatı ilə mülki əhaliyə hücum edib.
Patrulaz.az “NEXTA Live”ya istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Yaralananlardan 44 və 49 yaşlı kişilərin, eləcə də 40 yaşlı qadının vəziyyəti orta ağır qiymətləndirilir. 65 yaşlı kişinin isə vəziyyəti ağırdır.
Qeyd edək ki, Nikopol son zamanlar Rusiya ordusunun artan hücumlarının hədəfindədir.
Hücüm zamanı ayağından yaralanan ukraynalıların görüntülərini təqdim edirik:
Gülbəniz Səfərova