Conni Depp yeni filminə görə tanınmaz hala düşdü
Conni Depp növbəti film roluna görə demək olar ki, tanınmaz hala düşüb.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, “Lionsgate” studiyası “Day Drinker” (“Gündüz İçəni”) adlı filmin çəkilişlərinə İspaniyada start verildiyini bildirib.
Filmdə Depplə yanaşı Medelin Klayn və Penelope Cruz da rol alır, rejissorluğunu isə Marc Webb həyata keçirir.
Deppin filmdən yayımlanan ilk obraz fotosunda o, əlində içki tutaraq uzaqlara zillənmiş tərzdə baxır.
61 yaşlı aktyor özəl yaxtada “sirli” bir qonağı canlandırır. Yaxtadakı barmen rolunda çıxış edən Klayn ilə yolları kəsişir və qısa zamanda hər ikisi Penelope Cruzun canlandırdığı kriminal fiqurla əlaqəyə girirlər.
Filmin aktyor heyətində həmçinin Manu Rios, Aron Piper, Juan Diego Botto və Anika Boyl da yer alır.
“Day Drinker” Deppin Hollivuda dönüşünü simvolizə edir. Bu, onun 2018-ci ildəki “Fantastic Beasts: The Crimes of Grindelwald” filmindən sonra böyük bir distribütor tərəfindən yayımlanacaq ilk layihəsidir.
Ləman Sərraf