Dünya Kuboku matçından sonra azarkeşlər arasında dava düşdü - VİDEO
UEFA Klublar Dünya Kuboku çərçivəsində keçirilən qarşılaşmada Fransanın Paris Saint-Germain (PSJ) klubu ilə Braziliyanın Botafogo komandası üz-üzə gəlib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, oyun gözlənilməz nəticə ilə yekunlaşıb. Turnirin favoriti hesab edilən PSJ, Braziliya təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Bu nəticə futbol ictimaiyyəti tərəfindən sürpriz kimi qarşılanıb.
Lakin matçın nəticəsi qədər tribunalarda baş verən insidentlər də diqqət çəkib. Oyun zamanı PSJ və Botafogo azarkeşləri arasında gərginlik yaranıb. Emosiyaların nəzarətdən çıxması nəticəsində tribuna ərazisində genişmiqyaslı dava baş verib. Onlarla azarkeşin fiziki qarşıdurmaya qoşulduğu bildirilir.
Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, qarşıdurma zamanı bəzi şəxslər ciddi xəsarətlər alıblar. Təhlükəsizlik qüvvələri insidentə müdaxilə etsə də, qarşıdurma müəyyən müddət davam edib.
Hazırda hadisə ilə bağlı neçə nəfərin xəsarət aldığı və saxlanıldığı barədə rəsmi məlumat verilməyib. UEFA-nın insidentlə bağlı araşdırma apardığı və həm klublara, həm də iştirak edən azarkeşlərə qarşı intizam tədbirlərinin görüləcəyi gözlənilir.
Ləman Sərraf