Əfqanıstanda bir gündə dörd nəfər edam edildi
Əfqanıstanda bir gündə dörd nəfər açıq şəkildə edam edilib.
Patrulaz.az “The İndu”ya istinadən xəbər verir ki, Əfqanıstanda üç ayrı əyalətdəki stadionlarda dörd nəfərin açıq şəkildə edam edilməsi, Talibanın 2021-ci ildə hakimiyyətə qayıdışından sonra bir gündə baş verən ən çox sayda edam hadisəsi kimi qeydə alınıb.
Əfqanıstan Ali Məhkəməsi bəyan edib ki, edam olunan şəxslər başqalarını öldürdükləri üçün “cavab cəzasına” məhkum ediliblər və onların işi dəqiq və dəfələrlə araşdırılıb.
Badgis əyalətində şahidlər bildiriblər ki, məhkumlar ictimaiyyət qarşısında qurbanların ailə üzvləri tərəfindən güllələnib: “Onları bizə arxa çevirib oturtdular. Qohumları gəlib arxadan atəş açdı,” – deyə hadisəyə şahidlik edən deyib.
Digər şahid isə bildirib: “Əgər qurbanın ailəsi onları bağışlasaydı, daha yaxşı olardı. Amma bu, Allahın hökmüdür və yerinə yetirilməlidir”.
Qeyd edək ki, Taliban dövründə edamların stadionlarda açıq şəkildə keçirilməsi 1990-cı illərin sonlarından bəri tanınan bir tətbiqdir və bu son hadisə ilə açıq edamların sayı on nəfərə çatıb.
Gülbəniz Səfərova