media-9627f6ef-1c92-4ba1-899a-5048ffb057f1

Kral Kubokunun finalında “Barselona” ilə oyunda hakimə etiraz edən və ehtiyat skamyasından ona əşya atan Antonio Rüdiger 6 oyunluq cəza alıb.

Patrulaz.az “Sporskor”a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının (RFEF) açıqlamasına görə, Almaniya milli komandasının mərkəz müdafiəçisi Antonio Rüdiger hakimə əşya atdığı üçün qırmızı vərəqə alıb və 6 oyunluq diskvalifikasiya olunub. Komanda yoldaşı Lukas Vaskes isə 2 oyunluq cəza alıb.

Matçın hakimi Rikardo De Burqos: “Qırmızı vərəqədən sonra texniki heyət onu saxlamağa çalışdı, amma o, aqressiv davranışlar göstərdi”,- deyə hakim bildirib.

Qeyd edək ki, dizindən əməliyyat olunan Rüdiger onsuz da mövsümün qalan hissəsini buraxacaq. Almaniyalı sabiq futbolçu Hamann isə onun Almaniya millisindən də uzaqlaşdırılmasını tələb edib.

media-1ba97608-5692-4eef-a034-2712806da45e
Gülbəniz Səfərova


Bənzər xəbərlər