media-screenshot_20250704_145938_telegram

Bu gün Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak edən İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin son hücumlarına münasibət bildirib.

Patrulaz.az “Azad İran” telegram kanalana əsasən xəbər verir ki, Dövlət başçısı öz dilində çıxışı zamanı İran Silahlı Qüvvələrinin cavab tədbirlərini vurğulayaraq bildirib ki, ABŞ və İsrailə yaxşı dərs verdiklərini hesab edir.

Pezeşkian çıxışında həmçinin qeyd edib:

“Təbii ki, silahlı qüvvələrimiz BMT Nizamnaməsinin 57-ci maddəsinə uyğun olaraq, İranın şərəfli xalqını, onun milli suverenliyini, ölkənin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edərək bölgədə müharibənin yayılmasının qarşısını aldı”.

Qeyd edək ki, İsrail və İran arasında cəmi 12 gün davam edən müharibə 13 iyun tarixində başlamışdı. Qarşıdurma müddətində İsralin İrana zərbələri zamanı 11 nüvə alimi həlak olub. Müharibə nəticəsində, İranda ümumlikdə 627 nəfər həyatını itirib, 4870 nəfər yaralanıb.


Bənzər xəbərlər