media-inshot_20250704_173458790

İtaliyanın paytaxtı Roma şəhərinin şərq hissəsində benzin, dizel və mayeləşdirilmiş qaz satan yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. 

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışın səsi şəhərin demək olar ki, hər yerində eşidilib.

Hadisə nəticəsində, 8-i polis əməkdaşı və biri yanğınsöndürən olmaqla 20-dən çox insan xəsarət alıb. İtaliyanın ANSA agentliyinin verdiyi məlumata görə, yaralıların heç birinin həyati təhlükəsi yoxdur.

İlkin məlumatlara görə, hadisə bir yük maşınının yanacaqdoldurma məntəqəsindəki boru xəttinə zərər verməsi nəticəsində baş verib. Bu səbəbdən əraziyə təcili yardım və xilasedici qruplar çağırılıb. Rəsmilərin partlayış baş verməzdən əvvəl artıq hadisə yerində olduğu bildirilir.

Partlayış nəticəsində baş verən yanğın yaxınlıqdakı anbarda da alovlanmaya səbəb olub və şok dalğası ətrafdakı binalara ciddi ziyan vurub.

Ləman Sərrraf


Bənzər xəbərlər