Rusiya Kiyevə irimiqyaslı hücum həyata keçirdi - FOTOLAR
Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə və ətraf vilayətlərə qarşı son dövrdə həyata keçirdiyi ən güclü raket və dron hücumlarından biri nəticəsində ciddi dağıntılar və yaralanmalar qeydə alınıb.
Patrulaz.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski şəxsi telegram səhifəsində paylaşım edib.
Məlumata görə, hucum zamanı ümumilikdə 550 hava hədəfi vurulub. Onlardan ən azı 330-u İran istehsalı olan “Şahid” kamikadze dronları və ballistik raketlər olub. Müdafiə qüvvələri 270 hədəfi birbaşa zərbə ilə məhv etməyə müvəffəq olub, daha 208 pilotsuz uçuş aparatı isə radio-elektron mübarizə (REB) vasitəsilə sıradan çıxarılıb. Rusiya tərəfinin əsas hədəfi Kiyev şəhəri və onun ətrafı olub.
Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Dnepr, Sumska, Xarkovska, Çerniqovska və Kiyev vilayətləri də zərər çəkib, ümumilikdə 23 nəfər yaralanıb.
Ukrayna rəhbərliyi isə bu hücumu “həyasız və nümayişkaranə” adlandırıb.
Prezident Volodimir Zelenski baş verənlərlə bağlı emosional açıqlama verib:
“Bu, təkcə bir hərbi hücum deyil. Bu, əsl terror aksiyasıdır. Rusiya müharibəyə və dağıntılara son qoymaq istəmir. Biz tərəfdaşlarımızın dəstəyinə ehtiyac duyuruq”.
Qeyd edək ki, Ukrayna rəsmiləri beynəlxalq ictimaiyyəti və tərəfdaş ölkələri Rusiya üzərində effektiv təzyiq mexanizmlərini artırmağa çağırır. Onların fikrincə, Rusiyanın dağıdıcı davranışını yalnız genişmiqyaslı iqtisadi sanksiyalar və hərbi dəstək dayandıra bilər.
Gülbəniz Səfərova