Helikopterlə ailə səyahəti faciə ilə bitdi
Nyu-Yorkda Hudzon çayında dəhşətli helikopter qəzası baş verib.
Patrulaz.az “BBC NEWS” a istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər, o cümlədən 3 uşaq həlak olub.
Məlumata görə, helikopterdə İspaniyadan olan beş nəfər turist ailəsi və pilot olub. Qəza nəticəsində helikopterdə olan bütün şəxslər həlak olub.
Nyu-York meri Erik Adams cümə axşamı keçirdiyi brifinqdə bildirib ki, “Ürəyimiz ailələrin yanındadır”.
Hadisənin videogörüntülərində helikopterin göydən tərs şəkildə düşərək Hudson çayına çırpıldığı görünür. Bildirilib ki, helikopter Corc Vaşinqton körpüsündə döndükdən sonra idarəetməni itirib.
Qeyd edək ki, Bell 206 markalı helikopter “New York Helicopters” şirkətinə məxsus olub və yerli vaxtla saat 14:59-da Manhettenin aşağı hissəsində yerləşən Downtown Skyportdan havaya qalxıb. Hadisə yerinə gələn xilasedicilər sudan xilasetmə əməliyyatlarına başlasalar da, nəticə əldə olunmayıb. Dörd nəfər hadisə yerində, digər iki nəfər isə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, eyni bölgədə 2009-cu ildə italyan turistlərini daşıyan helikopter şəxsi təyyarə ilə toqquşmuş və nəticədə 9 nəfər həyatını itirmişdi.
ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında paylaşım edərək, “Allah həlak olanların ailələrinə və yaxınlarına rəhmət eləsin”, – deyə başsağlığı verib.
Qeyd edək ki, qəzanın səbəbləri araşdırılır.
Gülbəniz Səfərova