media-a29381dd-6e66-41e2-a576-6381ee4ca6cb_16x9_1200x676

Hindistanın Odişa ştatında keçirilən dini festival zamanı daha bir izdihamda ölənlər olub.

Patrulaz.az Yerli KİV-ə istinadən xəbər verir ki, Odişanın Puri rayonunda qeyd olunan “Cagannath Rath Yatra” festivalı zamanı səhər saatlarında yaşanan sıxlıq nəticəsində 3 nəfər ölüb, 50-yə yaxın insan isə xəsarət alıb. Yaralılardan 6-nın vəziyyəti ağır olduğu qiymətləndirilir.

Səlahiyyətli şəxslər hadisənin səhər saat 04:00 radələrində məbədin yaxınlığında insanların kütləvi şəkildə toplaşması zamanı baş verdiyini bildiriblər. Onların sözlərinə görə, təhlükəsizlik qüvvələri dərhal müdaxilə etsə də, vəziyyəti tam nəzarətə almaq mümkün olmayıb.

Qeyd edək ki, “Cagannath Rath Yatra” Hindistanda milyonlarla insanın iştirak etdiyi ənənəvi dini yürüşlərdən biridir. Hər il minlərlə zəvvar bu mərasimdə iştirak etmək üçün Puri şəhərinə axın edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər