media-bf00b52a-c39a-4352-b50d-3230b3da7c0b

ABŞ-ın Texas ştatında yerli sakinlər, “SpaceX” şirkətinin buraxılış sahəsinin yerləşdiyi ərazinin adının “Starbase” (Ulduz Bazası) olaraq dəyişdirilməsi üçün keçirilən səsvermədə yeni adın lehinə səs veriblər.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, İlon Maska məxsus SpaceX şirkətinin buraxılış sahəsinin yerləşdiyi Kameron dairəsində keçirilən səsvermənin nəticələrinə əsasən, bölgənin adı rəsmi olaraq “Starbase” olaraq dəyişdirilib.
Əhalisinin böyük hissəsini “SpaceX” əməkdaşlarının təşkil etdiyi yaşayış məntəqəsində keçirilən səsvermədə 212 nəfər ad dəyişikliyinə “bəli”, yalnız 6 nəfər isə köhnə adın saxlanılması yönündə səs verib.
Kameron Dairəsi Seçki İdarəsinin rəhbəri Remi Garza bildirib ki, səsvermənin nəticələri dairə hakimi tərəfindən təsdiqləndikdən sonra “Starbase” rəsmi olaraq Texas ştatının bələdiyyəsi kimi qeydiyyata alınacaq.
“SpaceX”in sahibi İlon Mask da sosial media hesabında paylaşım edərək “Starbase”in “artıq real bir şəhər” olduğunu bildirib və səsvermənin nəticələrini təntənə ilə qeyd edib.

Ləman Sərraf


Bənzər xəbərlər