İnter İspaniya nəhəngini məğlub edərək finala vəsiqə qazandı
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İnter və Barselona üz-üzə gəldi.
Patrulaz.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nəfəs kəsən qarşılaşmada 2:0 geridə düşməsinə baxmayaraq möhtəşəm bir dönüş edən Barselona, sonda İtaliya nəhəngi İnterə 4:3 hesabı ilə məğlub oldu.
Oyunun ilk hissəsində Lautaro Martines və Hakan Çalhanoğlunun vurduğu qollarla İnter fasiləyə 2:0 üstün yollandı.
İkinci hissədə oyuna tam nəzarət edən Barselona Erik Qarsiya və Dani Olmonun qolları ilə bərabərlik əldə etdi. 87-ci dəqiqədə Rafinyanın vurduğu qolla katalon klubu 3:2 önə keçdi.
Lakin 90+3-cü dəqiqədə Fransesko Açerbinin qolu ilə hesab 3:3 oldu və oyun əlavə vaxtlara uzandı.
Uzatmalarda isə Davide Frattesi fərqlənərək İnteri 4:3 hesabı ilə önə keçirdi. Qarşılaşmada başqa qol olmadı və bu nəticə ilə İnter UEFA Çempionlar Liqasının finalına yüksələn ilk komanda oldu.
Ləman Sərraf