İsrail Qəzzada əməliyyatları genişləndirir
İsrail Qəzzada hərbi əməliyyatları genişləndirəcəyi barədə xəbərdarlıq edib.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, İsrailin yeni planına Qəzzanın tamamilə ələ keçirilməsi, əhalinin cənuba köçürülməsi və “HƏMAS”a güclü zərbələr endirilməsini nəzərdə tutur.
Ordu rəisi Eyal Zamir bildirib ki, bu məqsədlə on minlərlə ehtiyat əsgər çağırılacaq.
Qeyd edək ki, Qəzzanın 70%-dən çoxu artıq İsrailin nəzarətindədir, bölgədə humanitar böhran isə dərinləşir.
Gülbəniz Səfərova