İsrailin hücumu ilə Yəmənin hava limanı bağlandı
Yəmənin paytaxtı Sənada yerləşən beynəlxalq hava limanı İsrailin hava zərbələri nəticəsində ciddi zərər gördüyünə görə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Patrulaz.az “Anadolu Ajans”a istinadən xəbər verir ki, hava limanının direktoru Xalid əl-Şaifin sözlərinə görə, İsrailin endirdiyi raket zərbələri nəticəsində uçuş zolağı, sərnişin salonları, logistika binası və hava limanı avadanlıqları tamamilə yararsız hala düşüb. İlkin məlumata əsasən, ziyanın məbləği 500 milyon dollar civarındadır.
“Düşmən İsrail Səna hava limanını iki növ yüksək dağıdıcı gücə malik raketlə bombaladı. Uçuş zolağı 4 raketlə hədəfə alındı”, – deyə Şaif bildirib.
Qeyd edək ki, hücum nəticəsində Yəmən Hava Yollarına məxsus üç sərnişin təyyarəsi də sıradan çıxıb.
Gülbəniz Səfərova