media-d926ea18-c487-4a56-9564-5da65da38cc3

Braziliya polisi, Lady Qaqanın şənbə günü Rio-de-Janeyrodakı “Copacabana” çimərliyində verdiyi konsertə qarşı planlaşdırılan bomba hücumunun qarşısını aldıqlarını açıqlayıb.

Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, Rio-de-Janeyro Mülki Polisi, şübhəlilərin əl istehsalı partlayıcı maddələrdən istifadə edərək hücumlar təşkil etməyi və bu yolla sosial mediada tanınmağı hədəflədiklərini bildirib. Polisin “X” platformasında verdiyi məlumata görə, hücum planının başında duran şəxs və 18 yaşdan aşağı bir yeniyetmə saxlanılıb. Girişin pulsuz olduğu konsertə iki milyondan çox insan toplaşmışdı.
Polis, hücumu planlaşdıran qrupun xüsusilə uşaqlara, gənclərə və LGBTİ+ icmasına qarşı nifrət ritorikası yaydığını açıqlayıb. Hüquq-mühafizə orqanlarına görə, bu şəxslər “gənclər arasında bir çağırış forması kimi” özünə zərər vermə hallarını və radikallaşmanı təşviq edirdilər.
Ədliyyə Nazirliyinin verdiyi məlumata əsasən, şübhəlilər özlərini Lady Gaga-nın fanatları kimi tanınan “Kiçik Canavarlar” olaraq təqdim ediblər. Polis Rio-de-Janeyro, Mato Qrosso, Rio Qrandi do Sul və San Paulo ştatlarında axtarış qərarları çıxarıb, elektron cihazlara və digər materiallara əl qoyub.
Bildirilib ki, “Saxta Canavar Əməliyyatı” adlı bu istintaq, şifrəli dillə gənclər arasında zorakılığı təşviq edən onlayn qruplar barədə daxil olan məlumat əsasında başladılıb.

Ləman Sərraf


Bənzər xəbərlər