media-927b1335-5bad-4f04-9089-c96da95abc7e

Moskvada yaşayan sakinlər səhər saatlarından etibarən mobil telefonlar üzərindən təqdim olunan xidmətlərdən istifadə etməkdə çətinliklərlə üzləşiblər.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi 5 may tarixində verdiyi yazılı açıqlamada, şəhərdə internetə çıxışın 9 May Qələbə Günü ilə əlaqədar məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq etmişdi.
Mobil internetə çıxışdakı problemlər səbəbindən bankomat, kuryer və taksi xidmətlərində də məhdudiyyətlərə səbəb olub. Digər tərəfdən, PUA hücumları səbəbilə Moskvadakı hava limanlarından həyata keçirilən uçuşlara da məhdudiyyətlər tətbiq olunub.
Bildirilir ki, Ukrayna ordusu dünən gün boyu Rusiyanın paytaxtı Moskva istiqamətində pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib. Moskvada çox sayda xarici liderin iştirak edəcəyi 9 May Qələbə Günü öncəsi hərbi parad məşqləri davam edərkən, Ukrayna Prezidenti Volodimir Zelenski 9 may tarixində hərbi parad mərasimində iştirak edəcək xarici qonaqlara təhlükəsizlik zəmanəti verə bilməyəcəklərini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Zelenskinin Moskvaya gəlməyi planlaşdıran dünya liderlərini açıq şəkildə təhdid etdiyini qeyd edib.

Ləman Sərraf


Bənzər xəbərlər