media-img_6448

“Dünyada baş verən müharibələr qlobal iqtisadiyyata da təsirsiz ötüşmür. Belə ki, ilk növbədə müharibələrlə bağlı tətbiq olunmuş sanksiyalar buna məruz qalmış ölkələrin iqtisadiyyatlarına bir başa təsir göstəriyi kimi sanksiyaları tətbiq etmiş ölkələrin özləri də iqtisadi çətinliklərlə qarşılaşdırmışdır. Belə ki, Rusiya-Ukarayna müharibəsi ilk növbədə Ukraynanın ucuz ərzaq və təbii resursların dünya bazarlarına çıxışına məhdudiyyətlər yaratmışdır. Məsələn, Ukrayna və Rusiya dünya bazarına taxıl tədarükünə görə dünyanın ən böyük ixracatçılarından idi. Bu gün isə bu məsələ yox dərəcəsinə enmişdir. O cümlədən Rusiyanın da ərzaq, karbohidrogen və xammalı resurslarının da dünya bazarlarına çıxışında məhdudiyyətlər və çətinliklər yaranmışdır. Bu da ümumilikdə dünya bazarlarına təqdim olunmuş mal və məhsulların qiymətlərinin kəskin artmasına gətirib çıxarıb”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

media-img_6447

Deputat bildirib ki, hər bir ölkə idxal etdiyi məhsulun qiymətinin artması nəticəsində müəyyən iqtisadi çətinliklə üzləşir: “O cümlədən Azərbaycanın da idxal etdiyi bir sıra məhsulların qiymətlərinin artması daxili bazarda qiymətlərin artması ilə nəticələnmişdir. Rusiyaya sanksiyaların tətbiq edildiyi Qərb ölkələrində iqtisadi azalmalar və qiymət artımları sürətlənib. Məsələn, Avropanın aparıcı iqtisadiyyatı olan Almaniyada enerji daşıyıcıların qiymətlərinin kəskin artması bazarda mallardan başlayaraq komunal xidmətlərə qədər hər bir sahadə kəskin qiymət artımına gətirmişdir. O cümlədən, bir çox istehsal sahələri bağlanır və işsizlik məsələsi gündəmə gəlmişdir. Məhz ona görə də hökumətə etimadsızlıq yarandı və parlament seçkilərinə getməli oldular.
Fransada da eyni ssenari təkrarlanır. Belə ki, hökumətin istefası, seçkilərin keçirilməsi məsələləri ilə üzləşdilər. Hətta Makronun istefasını istəyənlərin sayı da günü -gündən artmaqdadır. Yəni dünyada davam edən müharibələr hər bir ölkə üçün ilk növbədə iqtisadi çətinliklər yaratmışdır. İqtisadiyyatları ən çox çökən ölkələr isə bir başa müharibə zonasına çevrilmiş ölkələrdir. Həmin ölkələr borclanmaya gedirlər, istehsal sahələri dayanır, infrastruktur məhv olunur və bütün resurslar müharibəyə səfərbər olunur. Bununla yanaşı müharibələrdən qazanan ölkələr də vardır. Belə ki, qlobal silah istehsal edənlər və müharibə gedən ölkələrin təbii resurslarını talayan ölkələr qazanclı olurlar. Bu gün dünyanı narahat edən ən başçlıca məsələ davam edən müharibələrin Üçüncü Dünya Müharibəsinə çevrilməsinin qarşısını almaqla bağlıdır. Əgər Üçüncü Dünya Müharibəsi baş verərəsə, artıq dünya iqtisadi sitemi böyük çətinliklə üzləşəcəkdir”.

Səbinə Hüseynli


Bənzər xəbərlər