Pakistan Hindistana məxsus iki döyüş təyyarəsini vurdu
Pakistan qüvvələri Hindistana məxsus iki döyüş təyyarəsini vurub.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Pakistan Hava Hücumundan Müdafiə Qüvvələri Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus iki Fransa istehsalı olan “Rafale” qırıcısını vurub. Bundan əlavə, Pakistanın hava məkanında uçan sərnişin təyyarələrinin “Kəraçi” hava limanına eniş istiqaməti dəyişdirilib.
“İslamabad, Lahor, Sialkot və bir sıra digər şəhərlərdən uçuşlar artıq Kəraçiyə yönəldilib”, – deyə mülki aviasiyanın bəyanatında bildirilir.
Qeyd edək ki, hadisədən əvvəl Hindistan ordusu Pakistan tərəfinin nəzarət xətti boyunca artilleriya atəşi açdığını xəbər vermişdi. Sərhədin müxtəlif sektorlarında qarşılıqlı atışmaların olması barədə məlumatlar yayılır.
Gülbəniz Səfərova