media-8beae360-b8d4-44e5-bcb7-29f626db6205

Peykdən Şimali Koreyanın indiyə qədərki ən böyük döyüş gəmisinin görüntüləri çəkilib.

Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, Maxar Technologies və Planet Labs tərəfindən aprelin 6-da çəkilmiş peyk şəkilləri Şimali Koreyanın Nampo tərsanəsində təxminən 140 metr uzunluğunda yeni bir döyüş gəmisinin inşasını ortaya qoyur.

Məlumata görə, bu gəmi idarə olunan raketlərlə təchiz ediləcək freqatdır və həm quruda, həm də dənizdəki hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisləri: “Tikilməkdə olan FFG Şimali Koreyanın indiyə qədər istehsal etdiyi ən böyük hərbi dəniz platformasıdır və onun silah sistemləri müasir döyüş gəmilərinə bənzər səviyyədə inkişaf etdirilib”,- deyə vurğulayıblar.

Qeyd edək ki, sözügedən döyüş gəmisi barədə ilk görüntülər ötən ilin sonunda Şimali Koreya lideri Kim Çen Inın gəmini şəxsən yoxladığı kadrlarla göstərilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər