PSJ-nin qələbəsindən sonra Parisdə təhlükəli anlar yaşanıb
“PSJ”nin Çempionlar Liqasının finalına yüksəlməsi Parisdə azarkeşlərin küçələrə axışmasına səbəb olub.
Patrulaz.az “RT”yə istinadən xəbər verir ki, Parc des Princes stadionu və şəhərin mərkəzində baş verən iğtişaşlara görə, polis gözyaşardıcı qazdan istifadə edib.
İxtişaşlar nəticəsində 44 nəfər saxlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə azərkeşlərin əmlaka ziyan vurduğu və polislə toqquşduğu görünür.
Qeyd edək ki, PSJ finalda İtaliyanın “İnter” klubu ilə mayın 31-də Münhendə qarşılaşacaq.
Gülbəniz Səfərova