media-0f9d69c9-69bc-4662-a355-0e68f03223e9

HƏMAS İsrailin tərksilah təklifini rədd edib.

Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, HƏMAS İsrailin altı həftəlik atəşkəs və tərksilah təklifini rədd edib. Fələstin rəsmilərinin bildirdiyinə görə, plan nə müharibənin dayandırılmasını, nə də İsrail qoşunlarının Qəzzadan çıxarılmasını nəzərdə tutur.

“İsrail yalnız girovların bir hissəsinin azad edilməsi müqabilində HƏMAS-ın silahdan imtina etməsini istəyir. Bu, qırmızı xətdir”, – deyə fələstinli məmuru bildirib.

Qeyd edək ki, HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin son hücumlarından sonra ölənlərin sayı 1630 nəfərə çatıb, ümumilikdə 18 aylıq müharibədə 51 min insan həyatını itirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər