media-a8a890ff-1f7f-4804-b794-42a4a99f79aa

Dünyanın ən varlı insanlarından biri olan Bill Qeyts bu dəfə texnologiya və sərvəti ilə deyil, qızı Foebi Qeytsin açıqlamaları ilə gündəmə gəlib.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı Foebi Qeyts qatıldığı bir proqramda atası ilə bağlı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Proqram zamanı sevgilisini ailəsi ilə tanış etdiyindən danışan gənc sosial media fenomeni, bu zaman atası haqqında olduqca diqqətçəkən bir məlumat verib. Foebi Qeyts deyib: “Sevgilimi evə gətirmək onun üçün qorxunc idi. Mənim üçün isə olduqca gülməli idi. Çünki atam sosial baxımdan kifayət qədər bacarıqsız biridir. Daha əvvəl də dediyi kimi, onda “Asperger” sindromu var. Buna görə mənim üçün bu vəziyyət gülməli idi.”
Foebinin bu sözlərindən sonra Bill Qeytsin daha əvvəl ictimaiyyətə belə bir tibbi vəziyyəti ilə bağlı heç nə deməməsi, bu açıqlamanın bir ifşa olub-olmadığı suallarını da gündəmə gətirib.
Qeyd edək ki, “Asperger” sindromu autizm spektri pozuntusu çərçivəsində yer alan və xüsusilə sosial qarşılıqlı münasibətlərdə çətinliklərlə müşahidə olunan nevroloji vəziyyət kimi tanınır.

Ləman Sərraf


Bənzər xəbərlər