media-cc29f781-ae28-4134-894b-7424fc6ce384

Rusiya Əfqanıstandakı Taliban hərəkatını artıq rəsmi olaraq terrorçu təşkilat kimi tanımır.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiya 2003-cü ildən etibarən terrorçu təşkilat kimi tanınan Talibanla bağlı qadağanı rəsmən ləğv edib. Məlumata əsasən, bu qərar dərhal qüvvəyə minib.

Rusiya Xarici İşlər Nazirliyi mövzu ilə bağlı verdiyi açıqlamada bildirib:
“Rusiya Əfqanıstanla bütün sahələrdə, o cümlədən narkotiklərlə və terrorizmlə mübarizədə qarşılıqlı faydalı əlaqələr qurmağı hədəfləyir”.

Nazirlik həmçinin qeyd edir ki, Rusiya Əfqanıstanın enerji və infrastruktur layihələri üçün strateji mövqeyindən istifadə edərək iqtisadi əməkdaşlıq imkanlarını artırmaq istəyir.

Qeyd edək ki, Taliban 2021-ci ildə ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın Əfqanıstandan çıxmasından sonra hakimiyyəti ələ keçirsə də, hələ də bir çox dövlətlər tərəfindən tanınmayıb.

Qərb dövlətləri, xüsusilə qadın hüquqları ilə bağlı Talibanın siyasətini tənqid edir, onların təhsilə çıxışını və ictimai həyatda iştirakını məhdudlaşdırmasını qəbulolunmaz sayır. Taliban isə bu addımların İslam qanunlarına uyğun olduğunu bildirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər