media-65619efc-974b-462a-be82-7e6368d0ba17

Şamaxinkada əlil arabasında olan şəxs yolun ortasında dayanaraq avtomobillərin hərəkətini təhlükə altında qoyub.

Patrulaz.az-a göndərilən görüntülərdə hadisənin Şamaxinka ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsinin arasında baş verdiyi görünür.
Naməlum şəxs əlil arabasında yolun ortasında dayanaraq nəqliyyat axınının ən sıx olduğu nöqtədə təhlükəli vəziyyət yaradıb.

Hadisə zamanı sürücülər səs siqnalları ilə şəxsi yoldan çıxmağa çağırıblar. Lakin görüntülərdən məlum olur ki, həmin şəxsin əlil arabası ilə kənara çəkilmək imkanı olsa da, buna məhəl qoymayaraq yerində qalmağa davam edib.

Hadisənin səbəbləri və şəxsin kimliyi hələlik məlum deyil.

Gülbəniz Səfərova


Bənzər xəbərlər