media-inshot_20250614_151957151

ABŞ-də sərxoş bir qadının təyyarədə sərnişinlərə və ekipaja qarşı aqressiv davranışları səbəbindən uçuşdan əvvəl bütün sərnişinlərin təyyarədən düşürülməsi tələb olunub.

Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə “Frontier Airlines”a məxsus ABŞ daxilində həyata keçirilən uçuş zamanı baş verib.

Görüntülərdə Karen adlandırılan sərxoş vəziyyətdə olan qadının kobud və səs-küylü davranışları digər sərnişinlərin narazılığına səbəb olduğu əks olunub.

Qadının davranışları nəticəsində pilot vəziyyətə müdaxilə edərək uçuşun ləğvini və bütün sərnişinlərin təyyarədən boşaldılmasını göstəriş verib.

Qeyd edək ki, son illərdə sərnişinlərin aqressiv davranışları ilə bağlı bu kimi insidentlərin sayı xeyli artıb.

Gülbəniz Səfərova 

media-99358595-14810811-image-a-20_1749844104336 media-99358581-0-image-m-33_1749844240850-1


Bənzər xəbərlər