Sifariş verin, kimin gətirəcəyini görün - MARAQLI
Amazon sifarişlərin çatdırılması prosesində insanabənzər robotlardan istifadə etməyə hazırlaşır.
Patrualz.az “Xarici KİV”ə istinadən xəbər verir ki, robotlar mikroavtobuslardan çıxaraq sifarişləri birbaşa müştərilərin ünvanına çatdıracaq. Artıq bu texnologiyanı sınaqdan keçirmək üçün San-Fransiskoda ofisində xüsusi test mərkəzi yaradılıb.
Bu layihəni həyata keçirməkdə məqsəd çatdırılma müddətini azaltmaq və işçi ehtiyacını minimuma endirməkdir.
Qeyd edək ki, Amazon artıq ABŞ-də 20.000 ədəd “Rivian’ markalı çatdırılma mikroavtobusuna sahibdir və bunlardan biri test məqsədilə robot labirintinə yerləşdirilib. Şirkət həmçinin “Agility Robotics” tərəfindən hazırlanmış “Digit” adlı humanoid robotları anbarlarda işçi kimi istifadə edir və gələcəkdə süni intellektlə tam avtonom çatdırılma sistemini reallaşdırmağı planlaşdırır.
Gülbəniz Səfərova