media-2fd9652e-342c-43ba-a452-3b8b8c54da93

ABŞ-lı müğənni və söz yazarı Jill Sobule, Minnesota ştatındakı evində baş verən yanğında həyatını itirib.

Patrulaz.az müğənninin mətbuat katibinin təsdiqlədiyi məlumata istinadən xəbər verir ki, sağlamlıq vəziyyəti yaxşı olan və musiqi karyerasını aktiv şəkildə davam etdirən Sobule, yanğın zamanı evdə olub və bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Sobule, 1995-ci ildə çəkilmiş “Clueless” filmində səsləndirilən satirik “Supermodel” adlı mahnısı ilə tanınmış, 1990-cı illərin sonunda yayımladığı “I Kissed a Girl” adlı parçası ilə də diqqət mərkəzinə düşmüşdü. Özünəməxsus üslubu və söz yazarlığı ilə dövrünün aparıcı alternativ musiqi sənətçilərindən biri sayılırdı.
Sənətçinin meneceri Con Porter verdiyi açıqlamada, “Jill Sobule təkcə musiqiçi deyildi, eyni zamanda qətiyyətli bir insan haqları müdafiəçisi idi. Onunla işləmək böyük bir xoşbəxtlik idi. Mən həm bir dostumu, həm də ilham verici bir sənətçini itirdim,” – deyə bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər