Tramp: “İranla bağlı çox tez qərar verəcəyik”
ABŞ-İran arasında Omanda baş tutan danışıqlardan sonra Donald Tramp yaxın zamanda Tehranla bağlı mühüm qərar veriləcəyini açıqlayıb.
Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində İranla aparılan danışıqların müsbət atmosferdə keçdiyini bildirib və bu həftə ərzində tezliklə qərar veriləcəyini gözlədiyini açıqlayıb.
“Biz İranla bağlı çox tez qərar verəcəyik” – deyə Tramp jurnalistlərin sualını cavablandırarkən qeyd edib. O, danışıqların gedişatına dair ətraflı açıqlama verməsə də, “İranın vəziyyəti, məncə, yaxşı gedir”,- deyərək, prosesin ümidverici olduğunu vurğulayıb.
Məlumata görə, növbəti görüşün aprelin 18-də, İtaliyanın paytaxtı Romada keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Tramp administrasiyası bu danışıqlardan əvvəl İranı nüvə proqramından geri çəkilmədiyi təqdirdə hərbi əməliyyatlarla hədələyirdi. Lakin
indiki görüşlər isə tərəflər arasında münasibətlərin yumşalması baxımından mühüm diplomatik addım kimi qiymətləndirilir.
Gülbəniz Səfərova