Trampdan miqrantlara çıx get bonusu...
ABŞ hökuməti ölkədə qeyri-qanuni yaşayan miqrantlara 1000 dollar və səyahət yardımı verərək onları könüllü şəkildə ölkəni tərk etməyə təşviq edir.
Patrulaz.az “Reuters” istinadən xəbər verir ki, Tramp administrasiyası bu üsulla deportasiya prosesinin xərcini azaltmağı planlaşdırır. Hazırda bir nəfərin məcburi deportasiyası hökumətə təxminən 17.000 dollara başa gəlir.
Daxili Təhlükəsizlik Naziri Kristi Noem isə bildirib ki, ən sərfəli yol özünü deportasiya etməkdir.
Qeyd edək ki, hüquq müdafiəçiləri bu proqramı “qəddar və yanıltıcı” adlandırır.
Gülbəniz Səfərova