Türkiyədə ata doğulmamış körpəsini güllə ilə öldürdü…
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Patrulaz.az “Sözcü”yə istinadən xəbər verir ki, Malatyada ər 8 aylıq hamilə həyat yoldaşını silahla başından vuraraq öldürüb.
Hadisə cütlük arasında baş vermiş mübahisədən sonra yaşanıb. İlkin məlumata görə, ailədaxili mübahisə qısa zamanda davaya çevrilib və Alican Kızılay evdəki silahla həyat yoldaşının başına atəş açıb.
Sakinlərin səsə reaksiya verərək 112-yə məlumat verməsi nəticəsində hadisə yerinə təcili yardım və jandarma qrupları cəlb edilib.
Lakin tibbi müdaxilələrə baxmayaraq, 22 yaşlı Beste Kızılayın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq başladılıb və şübhəli şəxs qismində saxlanılan ər Alican Kızılay hüquq-mühafizə orqanlarına təhvil verilib.
Gülbəniz Səfərova