media-1a0d363e-55ae-415f-953c-b6331de9ce91

UEFA klublar səviyyəsindəki ən nüfuzlu 3 turnirin final oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.

Patrulaz.az UEFA-nın yaydığı məlumata əsasən xəbər verir ki, UEFA Çempionlar Liqasının finalı 31 may şənbə günü Münhendəki “Allianz Arena” stadionunda Paris Sen-Jermen və İnter komandaları arasında baş tutacaq. Bu qarşılaşmanı Rumıniya Futbol Federasiyasından olan İstvan Kovaç idarə edəcək. Ona Mihai Marika və Ferenc Tunyoqi kömək edəcək. Dördüncü hakim Portuqaliyadan Joao Pedro Silva Pinheiro olacaq. VAR sisteminə isə hollandiyalı Dennis Johan Higler nəzarət edəcək.
UEFA Avropa Liqasının finalı 21 may tarixində İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək. Bu oyunda Tottenhem və Mançester Yunayted üz-üzə gələcək. Görüşü almaniyalı hakim Feliks Zvayer idarə edəcək. Ona Robert Kempter və Kristian Dietz kömək edəcək. Dördüncü hakim italiyalı Mauritsio Mariani, VAR-da isə Bastiyan Dankert olacaq.
UEFA Konfrans Liqasının finalı isə 28 may çərşənbə günü keçiriləcək və Real Betis ilə Çelsi komandaları qarşılaşacaq. Bu oyunu Bosniya və Herseqovinadan olan İrfan Peljto idarə edəcək. Ona Senad İbrisimbegoviç və Davor Beljo yardımçı hakim kimi dəstək verəcək. Dördüncü hakim isə türkiyəli Halil Umut Meler olacaq. VAR sisteminə fransız Jerom Brisard rəhbərlik edəcək.

Ləman Sərraf


Bənzər xəbərlər