media-2a7370e6-e12f-4514-914f-6bc63c56a2d9

Brüsseldə keçirilən Ukrayna müdafiə təmas qrupunun iclasında Kiyevə rekord həcmdə 21 milyard avro məbləğində yeni hərbi yardım paketi elan edilib.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, iasda çıxış edən Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-nin vasitəçiliyi ilə təklif olunan 30 günlük atəşkəs razılaşmasını rədd edərək, hərbi əməliyyatları davam etdirir. “Putin sülh istədiyini söylədi, lakin tam atəşkəsi rədd etdi. Onun qüvvələri hələ də Ukraynanı, mülki və hərbi obyektləri hədəf alır,” – deyə Healey vurğulayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə münaqişənin yaxın zamanda sona çatmayacağını etiraf edib və Ukraynanın “daha geniş münaqişənin mərkəzində” olduğunu bildirib.

Qeyd edək ki, Ramstein formatlı görüşdə ABŞ rəsmi olaraq iştirak etməsə də, Donald Trampın müdafiə naziri Pete Hegseth tədbirə videoformatda qoşulub. ABŞ-nin yoxluğu Almaniya tərəfindən qeyri-ciddi addım kimi qiymətləndirilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər