“You” serialının baş qəhrəmanından Qurani-Kərim ilə bağlı təəccüb doğuran açıqlama
Dünyaca məşhur aktyor Penn Badgley daxili dünyasının dərin düşüncələr və müntəzəm mənəvi təcrübələrlə formalaşdığını bildirib.
Patrulaz.az “USA Today”ə istinadən xəbər verir ki, 37 yaşlı Penn Badgley Qurani-Kərimi gecə masasının üstündə saxladığını və emosional səhnələrdən sonra tez-tez ayələr üzərində düşünərək sakitləşdiyini açıqlayıb.
“Qurani-Kərim hər zaman baş ucumdadır,” – deyən Penn Badgley, – “Gecələr bir ayə üzərində meditasiya edirəm, bu məni rahatladır,” – sözlərini əlavə edib.
O, günə Bəhai inancının əsas ibadətlərindən biri olan “uzun məcburi dua” ilə başladığını və bu ibadəti heç vaxt buraxmadığını bildirib.
Ləman Sərraf