Yuventusdan Osimhen haqqında təəccübləndirən açıqlama gəldi
Galatasarayın mövsümün əvvəlində Napolidən icarəyə götürdüyü Viktor Osimhenin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, Yuventus tərəfi nigeriyalı ulduzla bağlı aydın açıqlama verib.
Yuventusun İdman Direktoru Kristian Giuntoli, Osimhenlə maraqlanmadıqlarını vurğulayıb.
Giuntoli “Beyaz TV”yə verdiyi açıqlamada, “Biz Viktor Osimheni istəmirik. Media təzyiq yaratmaq üçün bu cür xəbərlər yayır. Bizim marağımız yoxdur”, – deyə bildirib.
Xatırladaq ki, bu mövsüm Galatasaray forması ilə 38 oyuna çıxan Viktor Osimhen 33 qol və 8 məhsuldar ötürmə ilə təsirli çıxış nümayiş etdirib.
Ləman Sərraf